Close

13:55
24 Fevral 2025
13:38
24 Fevral 2025
13:06
24 Fevral 2025
13:01
24 Fevral 2025

Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.

TNS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdirdilər.

17403826131213423196_1200x630

17403826132566313964_1200x630

17403826134158613917_1200x630

1740382689443221875_1200x630