Close

21:20
20 Fevral 2025

Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

TNS bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxılıb.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

13:38

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

TNS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

17398913096415739961_1200x630 1739891309327282803_1200x630 173989130987823813_1200x630

17398913105589144432_1200x630 173989130956197748_1200x630 17398913092226258592_1200x630 17398913102855250836_1200x630 1739891310496331692_1200x630 17398913091889928110_1200x630 1739891309596326194_1200x630 1739891310319445218_1200x630