“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi
48
16:09 - 13 Fevral 2025

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
TNS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər Rüfət Mahmud SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.