Daha bir yeni səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdi - YENİLƏNİB
![](/upload/files/up3/Xeberler/2025/2/13/67ad9a726a1af67ad9a726a1b0173943051467ad9a726a1ad67ad9a726a1ae.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
TNS xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Seferino Valdez Peralta Paraqvayın Prezidenti Santyaqo Penyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Paraqvayın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub, Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə ölkəmizə səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Bildirildi ki, Paraqvay region ölkələrinə öz ixracının artırılması üçün Azərbaycanı logistik mərkəz kimi görür.
Söhbət zamanı SOCAR ilə Paraqvayın neft şirkəti arasında təmasların olduğu qeyd edildi, ölkələrimizin biznes dairələrinin əlaqələrinin yaradılması məsələsi vurğulanıb.
10:38
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.