Close

Somali Prezidenti Zəfər parkında və Fəxri xiyabanda olub - FOTOLAR + YENILƏNIB

Ölkəmizdə rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

TNS xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

15:27

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda Zəfər parkını ziyarət edib.

TNS xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Somali Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

17393593786429650943_1200x630

somaliii

17393593763371825844_1200x630

17393593763349713669_1200x630

17393593765009148879_1200x630

17393593762232341425_1200x630