Close

23:55
01 Fevral 2025
19:49
01 Fevral 2025

Bir qrup gəncə Prezident mükafatı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

TNS xəbər verir ki, Sərəncamda deyilir:

"Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.