Prezident İlham Əliyev Lukaşenkoya təbrik məktubu göndərib
Prezident İlham Əliyev Belarus Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.
TNS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç.
Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.
Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".