KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb
38
19:23 - 23 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb.
TNS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi isə 867 ştat vahidindən 926-ya qaldırılıb.
Əlaqəli xəbərlər
19:24
23 Yanvar 2025