Close

Prezident Əhməd Əhmədzadə ilə bağlı Sərəncam imzaladı

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

TNS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, Quba rayon İcra Hakimiyyətinin başçısı, 2006–2021-ci illərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin edilib. Bu gün Ə. Əhmədzadənin 80 yaşı tamam olur.