Close

Prezident Naxçıvanla bağlı daha bir Sərəncam imzaladı

Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

TNS xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görsün;

1.2. üç ay müddətində:

1.2.1. bu Sərəncamın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, müvafiq səlahiyyətin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".