Xorvatiya Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
TNS xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması xəbərini dərin kədərlə qarşıladım. İnsanların bu qəzada həyatını itirməsi ürəkağrıdıcı hadisədir.
Xorvatiya hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, həmçinin xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.