Close

QDİƏT Parlament Məclisinin Baş katibi Azərbaycana başsağlığı verib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

TNS xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi adından Sizə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirik".