Close

18:11
28 Dekabr 2024
17:50
28 Dekabr 2024

Prezident bu ASC-ni ləğv etdi

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

TNS xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilsin:

2.1. “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti;

2.2. “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti;

2.3. “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görsün;

3.2. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".