Close

Prezident gələn ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

TNS xəbər verir ki, yeni qanuna görə, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 4,1 % çox olacaq.