Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
30
15:57 - 25 Dekabr 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Əlaqəli xəbərlər
15:12
25 Dekabr 2024