Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib
14
19:00 - 24 Dekabr 2024
Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.
TNS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında" qanununda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.
Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilir.
Əlaqəli xəbərlər
18:27
24 Dekabr 2024