Close

21:32
20 Dekabr 2024
19:46
20 Dekabr 2024

Azərbaycanda Dövlət İnvestisiya Proqramının tərtibi qaydaları yenilənib

Prezident İlham Əliyev Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

TNS xəbər verir ki, fərmana əsasən, "Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” yenilənib.

Nazirlər Kabineti Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi qaydasını iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Qaydalarda qeyd olunan formaları iki ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Yeni qaydalar 2025-ci il aprelin 1-nə qədər tərtib olunmuş investisiya layihələrinə və onların qiymətləndirilməsinə şamil edilmir.