Close

Prezident İlham Əliyev Oman Sultanına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərib.

TNS xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqına daim firavanlıq və rifah arzulayıram”.