Close

Prezident İlham Əliyev Elnur Əliyevə yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli Sərəncamında dəyişiklik edib.

TNS xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.