Close

Yeni yaşayış məhəllələrinin salınması zərurəti olduqda torpaqların kateqoriyaları dəyişdiriləcək

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi əsasları müəyyənləşib.

TNS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.

Qaydaya əsasən, bunlar aşağıdakılardır:
-yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ləğv edilməsi və ya onların inzibati ərazisinin dəyişdirilməsi, mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədilə ərazi planlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) və onlarda dəyişiklik olunmasının təsdiq edilməsi, həmçinin yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurəti olduqda;
-yaşayış məntəqələrinin hüdudları daxilində özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və ya dövlətə məxsus olmayan hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinin, habelə xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin əsaslandırılmış müraciətlərinin daxil olması;
- tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərinin yaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, idman və digər sosial obyektlərin tikintisi;
-. kənd təsərrüfatı yerlərinin radioaktiv və kimyəvi çirklənməyə məruz qalması, ekzogen geoloji proseslər nəticəsində dövriyyədən çıxarılaraq onlardan istifadə hüququna xitam verilməsi;
-. faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədən işlərinin həyata keçirilməsi və s.