Close

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

TNS xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə etdi.

Eyni zamanda, dövlətimizin başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər barədə məlumat verildi. Həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı görülən işlər məruzə edildi.

Qeyd olundu ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

17259625355063519622_1200x630

1725962535311363208_1200x630

17259625353110653083_1200x630

17259625355384415661_1200x630

17259625355987030658_1200x630

17259625353820912827_1200x630

172596253527344761_1200x630

1725962535581636103_1200x630

1725962535418647466_1200x630

17259625352978645304_1200x630

17259625353838215912_1200x630

1725962535343812840_1200x630

17259625354461855124_1200x630