Close

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.

TNS xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi.

Bildirildi ki, Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq.

Dövlətimizin başçısına Konqres Mərkəzi ilə bir kompleksdə yer alan “Xankəndi” hotelinin layihəsi barədə də məlumat verildi.

Qeyd edildi ki, hotelin ümumi sahəsi 3800 kvadratmetr, tikintialtı sahəsi isə 900 kvadratmetrdir. Hoteldə müxtəlif tipli 105 otaq olacaq. Bundan başqa, burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın birinci mərtəbəsində “Lobby Lounge & Terrace” restoranı fəaliyyət göstərəcək.

Vurğulandı ki, Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək kompleksdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

Dövlətimizin başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoydu.

10:00

Xandəndi Konqres Mərkəzinin təməli qoyulub.

TNS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xandəndi Konqres Mərkəzinin təməlini qoyub.

1720171311960538247_1200x630

1720171311335125618_1200x630