Prezident İlham Əliyev: "Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir"
8
22:27 - 03 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/3/17200303433550251086_1200x630.jpg)
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq”.