Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
19
15:20 - 02 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/2/6cfa4b76-74f1-39d8-a593-3838e9591392_850.jpg)
Prezident İlham Əliyev "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.
TNS xəbər verir ki, ötən il büdcə gəlirləri 35 milyard 574,8 milyon manat (əvvəlki illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 %, büdcə xərcləri isə 36 milyard 458,5 milyon manat (artım 13,7 %), xərclər üzrə plan 99,5 % icra olunub.
Büdcə kəsiri 883,7 milyon manat və yaxud ÜDM-in 0,7 %-ni təşkil edib.