Prezident İlham Əliyev onlara ali hərbi rütbələr verdi - SƏRƏNCAM
173
21:14 - 25 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/lham_Eliyev/1673592470_1092524.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
TNS xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə
“general-mayor” hərbi rütbəsi
polkovnik Həsən Əli oğlu Əlövsədova
polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".