Close

10:46
09 May 2025

Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

TNS xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.