Prezident İlham Əliyev onlara “general-mayor” ali hərbi rütbəsi verdi
104
13:36 - 07 Noyabr 2023

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
TNS xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Fərid Əlibaba oğlu Əliyevə
polkovnik Namiq Süleyman oğlu Bayramova
polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.