Close

23:01
26 Dekabr 2024

Prezident: Koreya şirkətləri azad edilmiş torpaqlarımızda aparılan işlərə töhfə verə bilər

Koreya şirkətləri uzun illərdən bəri Azərbaycanda çox uğurla fəaliyyət göstərirlər.

TNS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Koreya Respublikasının Prezidenti Yun Sok Yola məktubunda bildirilib.

"Ölkənizi təmsil edən şirkətlər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərinə istehsal etdikləri qabaqcıl və müasir texnologiyalar vasitəsilə töhfə verə bilərlər. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan münasibətlərimizi və səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik", - məktubda deyilir.