Prezident onu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - SƏRƏNCAM
72
15:43 - 17 Mart 2023

Rəhim Məmməd oğlu Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
TNS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Rəhim Məmmədov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.