Close

Çiyələyin, yemişin kolda deyil, ağacda yetişdiyi “yaşıl dünya”dan reportaj - FOTO+VİDEO

“Qışın oğlan çağı”nda yamyaşıl bir dünyanın ortasına düşmək, təmiz hava və sakitliyi hiss etmək istəyənlər üçün səyahətimiz var.

Gedəcəyimiz məkan Bakıdan 300-400 km məsafədə yox, şəhərin ortasındadır.

17

TNS bir-birindən fərqli bitki və ağacların birlikdə necə yaşadığını görmək, quşların səsini dinləmək istəyənlər üçün Səbail rayonu ərazisində yerləşən Mərkəzi Nəbatat Bağından reportajı təqdim edir.

11

Təmirdən sonra ötən ilin noyabrında qapılarını ziyarətçilərin üzünə açan Mərkəzi Nəbatat Bağının qarşısı müxtəlif kollarla bəzədilib. Səhərin erkən çağı olsa da, xeyli gələn var. Əraziyə daxil oluruq. Uzanıb gedən yaşıllıq insanın ruhunu oxşayır.

Məkanın ərazisi təmir çərçivəsində 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

3

Oranjereyalarda becərilən bitkilələrlə maraqlanırıq. Burada yemiş və qəhvə ağacları belə var. 

0945cc14-06f8-45c1-a8d1-433201c99eec

Bağda gəzintimiz boyunca bizə məlumat verən Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının böyük mütəxəssisi Aynurə Seyfullayeva deyir ki, hazırda istixanalara ziyarətçilərin girişinə icazə verilmir. Səbəbi isə müxtəlif ölkələrdən gətirilən, fərqli iqlim şəraitinə öyrəşmiş bitkilərin burada adaptasiya dövründə olmasıdır. Bu məkanda qeyri-adi, dünyanın əksər ölkələrinin nəbatat bağlarında olmayan İtaliyadan gətirilmiş 108 növ bitki əkilib.

9bd1b339-b496-4476-8a9e-88b0d1a359cd

Digər istixanada olan kaktuslar haqqında məlumat alırıq. Subtropik və tropik bitkilər laboratoriyasının böyük mütəxəssisi, 20 ildən çox təcrübəsi olan Rəsmiyyə Babayeva deyir ki, kaktuslar əsasən, payız və yaz fəslində gecələr çiçək açır. Kaktus çiçəkləri qısa zamanda solur. 20 ildən artıqdır, bu bitkilərlə işləyən mütəxəssis deyir ki, məkanda 200-dən yuxarı kaktus növü becərilir.

Resmiyye_1

Daha bir böyük mütəxəssis, 22 illk təcrübəyə malik İradə Məmmədovanın sözlərinə görə, hər bir bitki fərdi yanaşma istəyir: “Bitkilər də insanlar kimi canlıdır. Nə hiss etdiyini, halının necə olduğunu bilmək üçün qayğıkeş və həssas yanaşma vacibdir”.

İşinin peşəkarı olan xanım deyir ki, bitkilər küsə də bilir...

Irade.[1]

Bağı gəzdikcə Aynurə xanım məlumat verir. Məlum olur ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib. Bağda 247 növə aid 17545 ədəd ağac, 162 növə aid 16472 ədəd kol bitkisi qorunur. Bağdakı oranjereyanın kolleksiyasında olan 226 bitki növündən 19 növü ağac, 45 növü kol, 19 növü yarımkol, 128 növü ot və 15 növü lianadır. Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Gözümüzə qocaman palıd ağacları dəyir. Möhtəşmliyi ilə göz oxşayan “Daş palıd”lar Mərkəzi Nəbatat bağına 1954-cü ildə akademik Həsən Əliyev tərəfindən gətirilib və şəxsən özü tərəfindən əkilib.

Onu da qeyd edim ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb.

2 8

Bağda piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Körpünün ən hündür nöqtəsinə yüksəldikcə insan sanki bağdakı ağacların üzəri ilə gəzirmiş kimi hiss edir. Bu məkandan şəhərin möhtəşəm görüntüsü isə bir başqa aləm yaradır. Təbiət və müasir şəhərin harmoniyasını müşahidə etmək istəyənlərin mənzərəni öz gözləri ilə görməsi daha yaxşı olar.

5 10
Bağın balaca qonaqları üçün də kifayət qədər maraqlı, əyləncəli məkanlar var. Labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası da mövcuddur. Bağda ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, yaşıllıqların suvarma sistemləri yenilənib.

12

13

Onu da vurğulamaq lazımdır ki, dövlət səviyyəsində həyata keçirilən təmir işlərinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verib.

2023-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

16

Sonda bu gözəl məkana gəlib istirahət etmək, bitkilər haqqında məlumatlanmaq istəyən vətəndaşlarımız üçün bildirək ki, bağa giriş adambaşına 2 manat təşkil edir. 6 yaşına kimi uşaqlar, eyni zamanda şəhid və qazi ailələri üçün giriş ödənişsizdir. Kimlərsə qrup şəklində məkana gəlmək istəyirsə (məktəb şagrdləri və s.), əvvəlcədən yazılı müraciət etmək şərtilə, ödənişsiz şəkildə məkana daxil ola bilir. Ərazini bələdçi ilə birlikdə gəzmək istəyənlər isə bunun üçün 20 manat ödəməli olacaqlar.

Hazırladı: Aygün İbrahimli

Foto: Seymur İsmayılov