Close

Gor eşən düşmən, qazılan məzarlar...

Hava bir az çiskinlidir, yağmaq istəyir. Yaxınlaşırıq, yaşıl rəngli böyük bir lövhənin qarşısında dayanırıq. 3 min şəhidimin adı yazılmış lövhədir. Vətən müharibəsi şəhidləridir.

“Ağdamın Şəhidlər Xiyabanıdır”,- deyir Asəf. İlk qəbir Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovundur. Bir bu qəbir salamat qalıb. Elə buranın Şəhidlər Xiyabanı olmasını da Allahverdi Bağırovun qəbri ilə müəyyən ediblər. Və ondan sonra digər qəbirlərin yeri tapılıb.

ag6 

Asəf deyir ki, burda tək Ağdam şəhidləri dəfn olunmayıb. Xocalı faciəsində şəhid olan xocalıların də bəziləri burda dəfn edilib.  

Xiyabana daxil olanda adam dəhşətə gəlir. İlahi, yer üzündə görünməyən dəhşətlər olub burda. Biz nə qədər vəhşi, iyrənc bir millətlə qonşu olmuşuq? Bu qədərmi vandallıq? Xiyabanda bir qəbir normal qalmayıb - bütün qəbirlər qazılıb.  Erməni olasan, bu qədərmi şərəfsizlik edəsən? Qəbiri qazmaqla nə əldə ediblər?

ag

Yadıma Xocalıda, Malıbəylidə azərbaycanlıları işgəncələrlə qətlə yetirən, hazırda Azərbaycanda həbsdə olan erməni hərbçi Vaqif Xaçatryanın məhkəməsində azərbaycanlı əsirlərin ifadələri düşdü. Azərbaycanlı əsirlər deyirdi ki, Vaqif Xaçatryanın dəstəsi bizi yük maşınlarına yığıb Ağdam, Füzuli istiqamətindəki qəbirstanlıqlara aparırdı, orada bizə qəbirləri qazdırıb, nəşləri çıxarırdılar, hansı meyitin ağzında qızıl dişi var idisə, onu götürürdülər, qızıl dişi olmayan meyitlərin skletlərini güllələyirdilər.  Bax, həmin mənzərənin şahidi oldum. Demək ki qəbirlər buna görə qazılıb.

5 yaşlı uşağın məzarını qazan vandallar

Xiyabanı gəzə-gəzə daha bir qazılmış qəbir görürəm. Uşaq qəbridir. 5 yaşlı Xocalı şəhidinin məzarı. Ermənilər bu məzarı da qazıb, darmadağın ediblər. Yaxşı, deyək ki, böyüklərin qəbrini qazdılar ki, qızıl diş tapsınlar, bəs bu körpə? Bunun qəbri niyə qazılıb, nəşi çıxarılıb? Bu vəhşiliyi hara yazaq? Nə ad verək bu əmələ? 5 yaşlı uşağındamı məzarında qızıl diş axtarıblar?

Demək ki, bunların məqsədi heç də qızıl axtarmaq, gəlir əldə etmək yox, xislətlərini, iyrəncliklərini nümayiş etdirmək olub. Azərbaycanlıları qoca-cavan, qız-gəlin, uşaq-böyük bilmədən xüsusi amansızlıqla, vəhşicəsinə qətlə yetirməkləri azmış kimi, hələ üstəlik onların məzarlarını da rahat buraxmayıblar. Bu vandallıq dünyada təkrar olmayıb.

ag1

Xiyabanda 100-dən artıq məzar var – şəhid məzarı. Müşahidəm zamanı bir qəbir tapmadım qazılmamış, hamısı qazılıb, nəşlər çıxarılıb. Sanki xiyabana goreşən girib. Erməni goreşəndən də betər imiş İlahi!

Allahverdi Bağırovun məzarı necə qorunub?

Qazılmayan tək qəbir Milli Qəhrəman Allahverdi Bağırovun qəbridir. “Allahverdi Bağırovun qəbri erməni tanışı tərəfindən qorunub”,- deyir Asəf. Duruxdum. Necə yəni? Allahverdi Bağırovun məzarına hansısa erməniyə görə toxunulmayıb?  Mənə inandırıcı gəlməsə də, “Hə!” deyir Asəf. Səbəbini soruşuram. Deyir ki, o vaxt azərbaycanlıların nəşini ermənilərdən Allahverdi Bağırov alıb, erməni əsirliyindən azad edib. Allahverdi Bağırov paralel olaraq onlara erməni cəsədlərini də təhvil verib. Bir dəfə hansısa yüksək rütbəli erməninin cəsədi Azərbaycan tərəfdə qalıbmış. Ermənilər xahiş edib ki, həmin meyit onlara qaytarılsın. Allahverdi Bağırov həmin cəsədi götürüb, qablaşdırıb ermənilərə təhvil verib. Torpaqlarımız işğal olunandan sonra ermənilər Allahverdi Bağırovun məzarını dağıtmaq istəyəndə, həmin şəxs onun məzarına toxunmağa imkan verməyib. Buna görə Allahverdi Bağırovun məzarına toxunulmayıb. Həmin erməni Ermənistanda söz sahibi olub, ona görə bu məzara toxunan olmayıb.

ag4

Bəli, erməni vandallığı, erməni xisləti azad olunan ərazilərimizin hər qarışında “iz” qoyub. O ərazilərimiz yoxdur ki, işğal vaxtı erməni vəhşiliyinə məruz qalmasın. Qarabağ və ətraf ərazilərin hər birində, hər qarışında ermənilərin faşizm izini görürsən.

Sonda xiyabandan o təəssüratla ayrılıram – erməni ki, erməni!

Samir Əli 

Bakı-Ağdam-Bakı