Close

Şəhid qanı rəngində... - Keçmiş təmas xətti, minalanmış ərazi - FOTOLAR

Torpaqlarımız işğal altında olarkən keçmiş təmas xəttinin bir hissəsi də Füzuli rayonunun ərazisindən keçirdi. Uzun illər düşmən tapdağı altında qalan bu ərazilər minalarla, beton sədlərlə əhatələnib. Qəhrəman döyüşçülərimizin qanları-canları bahasına azad etdiyi, şəhid qanı ilə suvarılmış bu yerlərdən indi al qırmızı lalələr boylanır.

TNS AZƏRTAC-a istinadla xəbər verir ki, 30 ilə yaxın Ermənistan hərbçilərinin işğalı altında qalan ərazilərimizdə düşmən tərəfindən yaradılan səddin bir hissəsi də Alxanlı kəndi ərazisinə düşürdü.

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əks-hücumu məhz bu torpaqlardan başladı və düşmənin uzun illər dilə-dişə sığdırmadıqları “Ohanyan xətti” bir neçə saata yarıldı. İndi həmin ərazidən Zəfər yolu uzanır - həm Qarabağa, həm də Şərqi Zəngəzura qədər. Yolun kənarında Azərbaycan Ordusunun yardığı keçmiş təmas xəttinin izləri görünür. Təmas xəttinin yarıldığı ərazidə bitən lalələr sanki burada canlarını fəda edən və qanları bahasına torpaqlarımızı azadlığa qovuşduran qəhrəmanlarımızın xatirəsinə boy atıb.

w_1617465137414267611096_1200x630

w_1617465137415641634060_1200x630

w_161746513741396643028_1200x630

w_1617465137411795148354_1200x630

w_1617465137416329721529_1200x630

w_1617465137414557259270_1200x630

w_1617465137411938931471_1200x630

w_1617465137412967218176_1200x630