Close

Onlar işgəncə ilə öldürülüblərmiş - YENİLƏNİB

Eldar Səmədov bildirib ki, bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb:

“Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərin 10 nəfərinin meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb sənədləşdirilir".

13:00

Meyit qalıqlarının üzərində zorakılıq faktları aşkar görünür.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov media nümayəndələrinə deyib.

O bildirib ki, meyitlərin kəllə, ayaq, əl sümüklərində küt alətlərlə vurulmuş zədə izləri var:

"Aşkar görünür ki, mülki şəxslərə qarşı zorakılıq hadisələri baş verib. Ekspert rəylərinə görə, onlardan çoxu qadınlardır".

O qeyd edib ki, bu gün olan məlumata görə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb:

"Son illərdə aparılan axatrış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilib. Bu gün burada Ermınistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən onlara koridor açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz".