Gələn ilin sonuna kimi 44 kənd salınacaq - VİDEO

"2026-cı ilin sonuna kimi 44 kəndin salınması və əhalisinin geri qaytarılması nəzərdə tutulub".
TNS-in Qarabağ müxbirinin xəbərinə görə, bunu Zəngilan rayon Ağalı kəndində təşkil olunmuş Aqrar Biznes Festivalında Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə deyib.
Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə kəndətrafı torpaqların fermerlərə təhkim olunmasına başlanıb:
"Bu ilin mart ayının 1-dən 31-i arasında elektron kənd təsərrüfatı sistemi üzrə Zəngilan rayon Ağalı kənd sakinləri tərəfindən müraciətlər olundu. Aprel ayı ərzində bu muraciətlər təhlil olunaraq qəbul olunmuş təkliflərdən 68 nəfəri təsdiqləndi. 68 nəfərdən 32 nəfəri birləşərək korprativlər yaradıldı. İlk 3 korprativdən torpaq istifadə müqavilələri imzalandı. İnanıram ki, dövlət tərəfindən infrastruktur tam təşkil olunmuş, torpağın tam əkinə hazır vəziyyətə gətirilmiş və infrastrukturla təmin olunmuş bu ərazilərdə fermerlərimiz məhsul istehsalına yaxın gələcəkdə başlayacaqlar. Burda eyni zamanda bizim elm tətqiqat inistutlarında sınaq əkinləri keçirirlər. Fermerlərə əyani şəkildə müxtəlif bitki növlərinin necə yetişdiyini, necə məhsularlıq gösdərdiklərini hansı ölçüdə olduqlarını əyanı şəkildə gösdərəcəklər. İnanırıq ki, dövlət və fermerlərin birgə əməkdaşlığı sayəsində Ağalı ilk nümunə olacaq və biz bunu azad olunmuş ərazilərdə genişləndirməyi düşünürük. 2026-cı ilin sonuna qədər 44 kənd salınması və əhalisinin geri qaytarılması nəzərdə tutulub dövlət proqramı çərçivəsində. Biz bu kəndlərin hamısında kənd ətrafı torpaqların fermerlərin birgə qurduqları korprativlərə təhkim etməyi planlayırıq. Nazirlər kabinetinin qərarı ilə təhkim olunan torpaqlar icarə haqqı 0 əmsalla vurulur. Bu o deməkdir ki icarə haqqı ödənilməyəcək. Azad edilmiş ərazilərə həm alınan texnika və qoşqular üçün eyni zamanda əkin əraziləri üçün daha fərqli güzəştlər tətbiq olunacaq. Bundan əlavə korprativ formalaşdırılmış fermerlərə isə, o əkin ərazilərinə daha yüksək əmsallı subsidyalar, güzəştlər tətbiq olunacaq. Biz inanırıq ki, korprativ şəkildə birgə şəkildə olunan təsərüffatlar daha yaxşı nəticələr verəcək", - deyə, nazir bildirib.