Close

Xankəndidə Novruz konserti olacaq - VİDEO

Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi Xankəndi şəhərində təntənəli şəkildə qeyd olunacaq.

TNS xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidə Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq.

Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər. Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.