Vedrələrlə su daşıyır, odun sobası ilə qızınırlar - Bu kəndin qışı... - VİDEO
15
09:38 - 03 Mart 2025

Qusarın Laza kəndində sakinlər qış fəslində çox böyük əziyyət çəkirlər.
TNS xəbər verir ki, onlar istiliklərini odun sobası ilə təmin edirlər. Bunun üçün isə bir maşın oduna 500-600 manat pul ödəyirlər.
Sular donduğundan su ehtiyatları vedrələrlə təmin edilir. Məktəb isə yalnız ibtidai sinifdən ibarətdir.
İbtidai sinfi bitirən şagirdlər təhsillərinə başqa kəndlərdəki məktəblərdə davam etməli olurlar.
Daha ətraflı İctimai TV-nin reportajında: