Close

Azad olunmuş ərazilərdə buraxılış imtahanları necə keçirildi? - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən orta məktəblərdə təşkil edilib.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Şuşa 1 nömrəli, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.

İmtahanın idarə olunmasına ümumi rəhbər, imtahan rəhbəri, nəzarətçi-müəllim, buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İşğaldan azad olunan ərazilərdə Xankəndi, Şuşa və Xocalıda təşkil edilən keçirilən imtahanlarda ümumilikdə 45 nəfər şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edir.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə olunur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, Şuşada 8, Laçında 9, Susda 3, Zabuxda 3, Xankəndidə 14, Xocalı 4, Ağdarənin Talış kəndində 4 şagird imtahan verib.

WhatsApp_Image_2025-03-02_at_12-12-33_2

WhatsApp_Image_2025-03-02_at_12-12-34

WhatsApp_Image_2025-03-02_at_12-12-56

WhatsApp_Image_2025-03-02_at_12-12-33_1

WhatsApp_Image_2025-03-02_at_12-12-55

WhatsApp_Image_2025-03-02_at_12-12-33

WhatsApp_Image_2025-03-02_at_12-12-57

WhatsApp_Image_2025-03-02_at_12-12-54_1

Ziya Əmirxanlı