Zaqatalada ev yandı
4
22:59 - 15 Fevral 2025
![](/upload/files/up4/Xeberler/regionlar/2025/02/zaq.jpg)
Zaqatalada ikiotaqlı evdə yanğın olub.
TNS xəbər verir ki, hadisə rayonun Əliabad kəndində qeydə alınıb.
Hadisə nəticəsində kənd sakini Xədicə Musayevaya məxsus ikiotaqlı, ümumi sahəsi 70 kvadratmetr olan mənzil əşyalarla birlikdə yanıb. Yanğında xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.