Close

21:40
03 Fevral 2025

Bu ərazilərdə qaz olmayacaq

Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

TNS-in məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.

Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.