Evi yanan sakinə çadır quruldu - VİDEO
18
11:20 - 02 Fevral 2025
Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Sinovli kənd sakini Şıxcanov Cabir Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Əlaqəli xəbərlər
10:00
12 Dekabr 2024