Close

Abşeronda sahibsiz heyvan probleminə belə çarə tapıblar

Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində işlər hələ də sənədləşmə mərhələsindədir.

Abşeron Rayon İcra Hakimiyyətindən TNS-ə verilən məlumata görə, qayğı mərkəzini tikmək bir neçə aylıq işdir, amma əsas sənədləşmə prosesi, torpağın ayrılmasıdır. Bu istiqamətdə də bir ildən çoxdur iş gedir.

Hazırda sahibsiz heyvanlarla bağlı problemin həllinə gəlincə qurumdan bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ölkədə fəaliyyətdə olan sahibsiz itlərə qayğı mərkəzləri tərəfindən rayon ərazində ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən yığılıb: “Sahibsiz itlərin tutulması sivil qaydada, heyvanlara zərər vermədən həyata keçirilib və xüsusi avtomobillərlə qayğı mərkəzlərinə daşınıb. Sahibsiz heyvanların yığılması davam etdirilir”.

Aygün