Close

Hacıqabulda 1 kənd qazsız qaldı

Hacıqabul rayonunun Atbulaq kəndini təbii qazla təmin edən, diametri 110 mm-lik PE yeraltı daşıyıcı qaz kəməri üzərində quraşdırılmış Dş 100 mm-lik siyirtmə nəməlum avtomobil tərəfindən yararsız vəziyyətə salınıb. 

TNS-in məlumatına görə, qəza vəziyyətinin aradan qaldırılması məqsədilə Hacıqabul rayonunun Atbulaq kəndinin (ümumi 747 abonent) qaz təchizatı daxildən dayandırılıb.

Müvafiq qüvvələr tərəfindən qəzanın aradan qaldırılması üçün işlər aparılır.