Close

19:46
20 Dekabr 2024
18:35
20 Dekabr 2024

Tovuzdakı məktəbin isidilməsi üçün təzək yandırılıb?

Tovuz rayonunun Aşağı Quşçu kəndinin 1 nömrəli tam orta məktəbində 71 nəfərin tüstüdən zəhərlənməsi bir sıra sualları ortaya çıxarıb.

Məlum olduğu kimi, məktəbin isidilməsində pellet sobadan istifadə olunduğu açıqlanıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda adı keçən sobada təzək və mazut yanacağından istifadə olunduğu bildirilir.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva TNS-ə açıqlamasında bildirib ki, məktəbin sobasında sadəcə pellet yanacağından istifadə olunur.

O qeyd edib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və məktəbin istiliyi təmin edilib.   

Qeyd edək ki, pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan yanacaq növüdür. Taxta yonqarı və bu qəbildən olan materialların yandırıldığı sobanın tüstü borusu damdan ən azı yarım metr hündür olmadıqda tüstü arxaya qayıda və otağa dola bilər. Bu tüstüdən yarım saat ərzində zəhərlənmə, beyin toxumalarının zədələnməsi halında ölüm baş verir.

Aygün