Close

Lənkəranda ətraf mühitin çirkləndirən 44 nəfər cərimələndi

Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TNS-ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyəti şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Son 1 ay ərzində rayon ərazisində sanitar qayda pozuntusuna yol verən 44 şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.