Abşeronda yağış suları evlərə dolub - VİDEO
Yağış suları Abşeron rayonunun Digah qəsəbəsində də problemlərə yol açıb.
TNS xəbər verir ki, zirzəmilərə, evlərə dolan su sakinləri çıxılmaz vəziyyətdə qoyub.
Sakinlər deyirlər ki, problemlə əlaqədar şagirdlər də məktəbə getməkdə çətinlik çəkirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında: