Close

Oğuzda şəhid bulağının açılışı olub

Oğuzda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

TNS-in məlumatına görə, şəhid Anar Talıb oğlu Əliyevin adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhidin yaxınları, şəhid ailələri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid A.Əliyevin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, A.Əliyev 1991-ci ildə Oğuz rayonunda doğulub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan A.Əliyev 2020-ci il Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olub. A.Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şəhid Anar Əliyev ailəli idi, 1 övladı yadigar qalıb.