Close

Ağcabədidə odlu silahlar aşkarlandı

Ağcabədidə polis əməkdaşları tərəfindən 6 silah aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan TNS-in yerli müxbirinə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri qanunsuz olaraq saxladıqları 5 tüfəngi könüllü olaraq təhvil veriblər, 1 ədəd odlu silah isə aşkarlanaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Ziya Əmirxanlı