Close

Məktəblilər arasında bıçaqlaşma: 7-ci sinif şagirdi…

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Beyləqan şəhər ərazisində qeydə alınıb.

Rayon sakini, Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. H. həmyerlisi, 7-si sinif şagirdi H.Q tərəfindən bıçaqlanıb.

Hadisənin dərs vaxtından sonra baş verdiyi bildirilir.

H.Q. saxlanılıb, araşdırma davam etdirilir.

Ziya Əmirxanlı