Qanunsuz balıq ovladı, məhkəməyə verildi
17
08:54 - 10 Oktyabr 2024
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib.
TNS-in yerli müxbiri xəbər verir ki, ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 2 ədəd tor, 1 ədəd akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ziya Əmirxanlı
Əlaqəli xəbərlər
10:00
12 Dekabr 2024