Close

12:10
06 Oktyabr 2024

Qubada onlarla xırdabuynuzlu heyvan tələf oldu

Quba rayonunda qoyunlar arasında tələfat qeydə alınıb.

TNS-in məlumatına görə, hadisə Quba rayonunun Vəlvələ kəndində yaşayan vətəndaşlara məxsus 5 təsərrüfatda baş verib.

Belə ki, təsərrüfat sahibləri bildirirlər ki, heyvanlar hər gün eyni qaydada otlaq sahələrində otarılır, axşamda tövləyə salınır. Bu dəfə isə heyvanları otarmaq üçün tövlənin qapsın açdıqda çox sayda xırdabuynuzlu heyvanların tələf olduqnu görüblər. 
Həmçinin təsərüfatlara məxsus digər qoyunların da halsız vəziyyətdə olduğu müşahidə edilib. 

Yerli sakinlər məsələ ilə bağlı Quba rayon Baytarlıq İdarəsinə müraciət etdiklərini, lakin əraziyə baxış keçirilmədiyi bildiriliblər.

Faktla bağlı araşdırma aparılır.